Bu gün bürcünüz nə vəd edir?
30-09-2013, 08:40
Oxunub: 5 358
Qoç - konkret mövzuda son cəhd edin, nəticəyə nail olun, irəliləyişi dəyərləndirin. Çoxdan bəri gözlədiyiniz məlumatı ala bilərsiniz.
Görüş, ünsiyyət, yazışma üçün əlverişli zamandır.
Günün ikinci yarısında planlar qurun, tərəfdaşlarınız üçün yaranan imkanların qarşısını almayın. Uğursuz hisslərdən və bədbin fikirlərdən qurtulun. Nikbin, qətiyyətli olun.
Yaşam arealı və ya çalışdığınız mühiti təkmilləşdirin. Yeni planlar özlərini çox gözəltməyəcək.
Buğa - işi tamamlayaraq konsturktiv nəticəyə nail olmaq üçün fəaliyyəti qaydaya salın. Zəruri zənglər edin, sizinlə söhbəti gözləyən insanlarla danışın.
Səhvlərin nəticələrinin aradan qaldırılması və faydalı təmasların bərpası üçün vaxtınızı əsirgəməyin. Yeni işə hazırlığa başlayın.
Evdə gərəkli dəyişikliklər barədə düşünün.
Təmirə, interyerin yenilənməsinə başlamaq olar.
Alış-veriş üçün əlverişli gündür.
Əkizlər - işlərdə əhəmiyyətli dönüş ərəfəsində mühüm gündür. Baş verənləri diqqətlə müşahidə edin. Gələcək dəyişiklik və yeniliklərin nişanələrinə, xırda təfərrüatlara fikir verin. Planları nəzərdən keçirib təhlil edin. Son vaxtlar gördüyünüz işi qaydaya salaraq bitirin.
Sizi yaxında gözləyən işlərin həcmindən baş çıxarmaq üçün belə davranış daha məsləhətlidir.
Günün ikinci yarısında evdə vacib işləri görəndən sonra qohumlara yardım edin, ehtiyac duyan adama məsləhət verin.
Axşam saatlarında maraq və ya niyyətlərinizin uyğun olduğu insanlarla istirahət edin.
Xərçəng - kiçik, amma konkret nəticəyə hesablanmış işlər üçün uğurlu gündür. Daha ciddi və irimiqyaslı işləri müzakirə edin. Əlaqələri bərpa edin, köhnə planlar arasında real və məntiqi təsir bağışlayanı gündəmə gətirin.
Yaxın gələcəkdə görəcəyiniz işlərin hazırlıq mərhələsidir.
Günün ikinci yarısında gərəkli istiqamətdə irəliləməyə başlayın.
Yeni imkanlar sizə prosesi sürətləndirməyə və genişləndirməyə imkan verəcək.
Yaşam arealında qayda yaradın, gərəksiz əşyalar və hisslərdən qurtulun.
Zərurət duyduğunuz yenilik üçün yolu simvolik qaydada təmizləyin.
Özünüzə daha çox vaxt ayırın.
İmicinizin hansı yeniliklərə ehtiyac duyduğunu araşdırın.
Şir - gələn və alınan informasiyaları təhlil edin.
Fəaliyyətinizi yeni ideyalarla zənginləşdirin. Əlaqələr dairəsini genişləndirin. Səfər və ya səyahətə yollanmaq, müstəqil şəkildə məlumat axtarışına çıxmaq olar.
Günün ikinci yarısında fiziki və mənəvi potensialla resurslarınız artacaq. Prioritetləri dürüst müəyyənləşdirin. Enerjinizi mühüm və sərfəli istiqamətə yönəldin.
Axşam saatları yaradıcılıq, aktiv istirahət və romantik təmaslar üçün əlverişlidir.
Sevdiyiniz insana hisslərinizi əyan edin, hədiyyə verin.
Əməllərinizin effekti gözlənilməz ola bilər.
Qız - konkret mövzunu başa vurmağa çalışın. İşləri qaydaya salın, fəaliyyət sahəsini məqbul vəziyyətə salın. Əvvəlki işin bitməsi və yeni işin başlaması təki iki mərhələ arasında bir qədər tənəffüs edin.
Yaşam arealında təmizləmə aparın, gərəksiz nəsnələrdən qurtulun. Səhhətinizə fikir verin, fiziki təmrinlərlə məşğul olun.
Axşam saatlarında gəzintiyə çıxın.
Şəxsi münasibətlərdə razılıq və harmoniya zamanıdır. Açıq söhbət, nəticələrin müzakirəsi, birgə planlar yaxınlaşma və əlaqələrin möhkəmlənməsinə, etimadın artmasına səbəb olacaq.
Diqqətinizi yeni hədəfə yönəldəcək və ya maddi perspektivlərə faydalı əlavələrə səbəb olacaq yeni tanışlıq mümkündür.
Tərəzi - son hadisələrin sonuclarını müzakirə edin.
Yerinə yetirmədiyiniz vədlər və ya başa vurmadığınız işlər sizdə narazılıq hissi yaradacaq.
Dəyişikliklər impulsuna həsssas olun.
Yaşamınıza daxil olan nüansların qarşısında maneələr yaratmayın. Yeniliklər planlarınızı poza bilər, amma islahatlara qatılın.
Bir qədər vaxt və səy tələb edən, amma problemi gündəmdən çıxaracaq işlə məşğul olun.
Günün ikinci yarısında müxtəlif emosiyalar yaranacaq. Kiminlə ünsiyyətin daha xoş və faydalı olduğunu hiss edəcəksiniz. Maraqlı insanla görüşdən və ya çoxdan arzuladığınız yerə yollanmaq imkanından imtina etməyin.
Alış-verişdə diqqətli olun ki, maraqlı, amma gərəksiz əşya almayasınız.
Əqrəb - yaranmış şəraiti nəzərə alaraq fəaliyyət göstərin. İşiniz və ya perspektivlərinizlə bağlı gələn siqnallara, alınan nişanələrə fikir verin. Aktiv olun, amma ifrat gərginliyə varmayın.
Yaşam arealında və fəaliyyət sahəsində nizam yaratmağa vaxt tapın.
Borcları qaytarın, öhdəlikləri yerinə yetirin. Tələbat spontan yarandığından imkanlardan mütləq şəkildə istifadə edin.
Axşam saatlarında aktiv istirahət edin, yeni imkanlar və təəssüratlar əldə etməyə çalışın.
Yeni ideyalardan faydalanın. Romantik təmaslar və görüşlər üçün yaxşı gündür.
Oxatan - işləri qaydaya salın, nizamsız yerlərdə səliqəyə nail olun. Mühüm işi mütləq başa vurun. Önəmli məqamı anlamağa, situasiyanı ayrıd etməyə və ünsürlərdən iş üçün yararlanmağa çalışın.
Yeni ideyaları tərəfdaşlarla müzakirə edin, danışıqlar aparın, ideya və niyyətlərinizi əyan edin. Niyyətlərinizi kontrolda saxlayın, yaranan imkanlardan effektiv istifadə edin.
Günün ikinci yarısında ünsiyyət mühiti yaxşılaşacaq. Əyləncə və yerdəyişmə istəkləri təzahür edir.
Axşam saatları dostlarla görüş üçün yaxşıdır.
Şəxsi münasibətlərdə tərəfdaşı heyrətləndirin, ona qəfil hədiyyə edin.
Oğlaq - müəyyən, qəti qərarların alınması üçün danışıqlar aparmaq olar.
Aktual suallara cavab alın. Maddi məsələləri tərəfdaşla müzakirə edin. Hansı məqamı dəyişmək istədiyinizi düşünün, təhlil edin və ən mühüm təsir bağışlayan mövzunu ortaya çıxarın.
Hisslər, niyyətlər və iradlarınızı nəzarətdə saxlayın.
Hisslərlə emosiyalardan işə keçin.
Günün ikinci yarısında asudə vaxt yaranarsa, maraq və niyyətlərinizi sizinlə bölüşən insanlarla vaxt keçirin.
Sizi maraqlandıran mövzuya qayıtmaq olar.
Dolça - planlaşdırma və nəticələrin müzakirəsi, təhlili ilə məşğul olmaq mümkündür. Niyyətlərinizlə istəklərinizi nəzərdən keçirin. Aktivliyin yeni mərhələsi ərəfəsində bir qədər də güclənin.
Alınan xəbərlər konkret məsələdə dəqiq müəyyənliyi vəd edir. Bir işlə kifayətlənməyin. İndi eyni vaxtda bir neçə mühüm mövzuya diqqət ayırmaq olar.
Borcları qaytarın, vədlərə əməl edin.
Günün ikinci yarısında hadisələrin məcrasının yenilənməsinə hazır olun.
Şəxsi münasibətlərdə sizi xoş sürprizlər gözləyir.
Ailə üzvləri və sevdiyiniz insanla təmaslarda diqqətli olun.
Səhhətinizin qeydinə qalın. Özünüzü gücə salmayın, ifrat dərəcədə yorulmayın.
Pəhrizə başlaya bilərsiniz.
Balıqlar - əvvəlki işlərin və ötənlərdə ərsəyə gətirilmiş layihələrin əsasında yeni planlar qurmaq olar.
Hədəf və məqsədləri təzələyin, qüvvələri bölüşdürün.
Mövcud problemləri mərhələlərlə həll edin. Tələsməyin, səbrli və təmkinli olun. Soyuqqanlı davranış sizi yeni problemlərin yaranmasından qoruyar.
Mövqelərinizi və nüfuzunuzu hifz edin.
Günün ikinci yarısında özünüzü əmin və qətiyyətli, sakit və rəvan hiss etmək üçün yaşananları təhlil edin.
Qəfil və maraqlı tanışlıq istisna deyil.
Yaşam arealında təmizləmə prosesinə başlayın.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər