BolgeXeber.Com » Dünya » Erməni qadınlar hərbi xidməti bu cür keçəcək

Erməni qadınlar hərbi xidməti bu cür keçəcək

24-04-2023, 14:04
Oxunub: 1 376
Hökumətin iclasında müvafiq qərarın qəbulu zamanı deyildiyi kimi, qadınlar təlim bölmələrində çalışacaqlar.

Bolgə.TV xəbər verir ki, bu sözləri bu gün jurnalistlərə açıqlamasında Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyan deyib.

O bildirib ki, qadınlar üçün xidmət müddəti 6 ay müəyyən edilib.

Sərkisyan qərarda qadınların könüllü xidmət göstərəcəyi, bununla bərabər, bunun məcburi xarakter daşıyacağı haqda qeydi belə izah edib:

“Könüllü əsasla qadınlar xidmət üçün müraciət edəcəklər, ancaq qəbul edildiyi andan xidmət məcburi xarakter daşıyacaq”.