BolgeXeber.Com » Dünya » Məhərrəm İncə geri çəkilir, onu dəstəkləyəcək – Təcili

Məhərrəm İncə geri çəkilir, onu dəstəkləyəcək – Təcili

11-05-2023, 13:14
Oxunub: 1 240
Türkiyədə 14 mayda keçiriləcək prezident seçkilərinə 2 gün qalmış Məmləkət Partiyasının sədri Məhərrəm İncə namizədliyini geri çəkmək qərarı verib.

Bolgə.TV xəbər verir ki, bu barədə türkiyəli jurnalist Həsən Barın məlumat verib.

Onun sözlərinə görə, yerli vaxtla saat 14:00-da mətbuat konfransı keçərəcəyini elan edən Məhərrəm İncə tərəfdarlarını “6-lı masa”nın vahid namizədi, CHP lideri kamal Kılıçdaroğluna səs verməyə çağıracaq.

“Məhərrəm İncənin namizədlikdən geri çəkilmə səbəbi kimi sağlıq durumunu göstərəcəyi ehtimal olunur”, - H.Barın bildirib.

Qeyd edək ki, ötən gün Məhərrəm İncənin sağlıq durumunda yaranan problem səbəbindən görüşlərinin təxira salındığı açıqlanmışdı. Onun hətta infarkt riskinə qarşı müalicəyə başladığı bildirilirdi.