BolgeXeber.Com » Dünya » İranda dəhşətli istilər: iki gün iş olmayacaq

İranda dəhşətli istilər: iki gün iş olmayacaq

1-08-2023, 17:33
Oxunub: 2 472
İranda dəhşətli istilər səbəbindən 2-3 avqust tarixləri qeyri-iş günləri elan olunub.

Bolgə.TV xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Əli Bahaduri Cəhromi Tvitter səhifəsində yazıb.

O bildirib ki, Səhiyyə Nazirliyi vətəndaşların sağlamlığı üçün Nazirlər Kabinetinə qeyri-iş günlərinin elan olunması ilə əlaqədar təklif ünvanlayıb. Nazirlər Kabineti də təklifi qəbul edib.