Rus ordusunun pilotları Ermənistanda təlim keçirib
14-08-2023, 13:40
Oxunub: 2 736
Rus ordusunun pilotları Ermənistanda təlim keçirib.
Bolgə.TV Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Rusiya Cənub Hərbi Dairəsinin Ermənistanda yerləşdirilmiş 102-ci bazasının aviasiya ekipajları müxtəlif manevrlər icra ediblər.
Təlimlər Erebuni aerodromunda baş tutub.
Uçuşlara Cənub Hərbi Dairəsinin 120-dən çox hərbi qulluqçusu, həmçinin 20-yə yaxın hərbi və xüsusi texnika cəlb olunub.