İranda dəhşətli xəstəlik: 2 nəfər öldü
25-08-2023, 11:47
Oxunub: 2 832
İranda 60 nəfər Krım-Konqo qızdırmasına yoluxub ki, onlardan 2-si həyatını itirib.
Bolgə.TV xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, təhlükəli xəstəliyə yoluxanlardan 9-u Ərdəbil əyalətindəndir.
Ərdəbil Tibb Elmləri Universitetinin rektor müavini Məhəmməd Cəfərzadə xəstəliklə bağlı vətəndaşlara xəbərdarlıq edib.
“Krım-Konqo qızdırması olduqca öldürücüdür və onun yayılma, yoluxdurma gücü digər xəstəliklərdən, hətta koronadan da yüksəkdir”, - o bildirib.