Finlandiya rusiyalı nasist lideri həbs etdi
25-08-2023, 17:20
Oxunub: 2 720
Rusiyadakı “Rusiç” neonasist qruplaşmasının rəhbəri Yan Petrovski Finlandiyada saxlanılıb.
Bolgə.TV xəbər verir ki, bu barədə “MTV Uutis” telekanalı məlumat yayıb.
Məlumata görə, Petrovski 2014-2015-ci illərdə Donbasda cinayətlər törətməkdə ittiham olunurdu. Hazırda Ukrayna tərəfi Finlandiyadan onun ekstradisiyasını tələb edir.