Dünya fəlakətin astanasındadır - BMT
30-08-2023, 09:57
Oxunub: 3 024
Dünya qlobal fəlakətə həmişə olduğundan daha yaxındır. Nüvə silahından istənilən istifadə vəziyyətin nəzarətdən çıxmasına səbəb olacaq.
Bolgə.TV xəbər verir ki, bu sözləri BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Çaba Köröşi deyib.
“İndi qlobal fəlakətə bu əsrdə heç vaxt olmadığı qədər yaxınıq. Biz nüvə silahına arxalanaraq bəşəriyyət üçün qurulmuş dəhşətli tələni görə bilmirik”, - Köröşi bildirib.