BolgeXeber.Com » Dünya » Hindistan Ermənistana 1 milyardlıq silah satacaq

Hindistan Ermənistana 1 milyardlıq silah satacaq

30-08-2023, 17:04
Oxunub: 3 168
Ermənistan Hindistandan 1 milyard dollar dəyərində silah-sursat və hərbi texnika almağa hazırlaşır.

Bolgə.TV xəbər verir ki, bununla bağlı Teleqram kanallarında məlumat yayılıb.

Alınacaq silah-sursat və hərbi texnikanın siyahısı ilə əlaqədar hələlik heç bir məlumat yoxdur.

Qeyd edək ki, məlumatın Hindistan Milli Müdafiə Kollecinin komandiri, general-leytenant Sinqh Dahiyanın İrəvanda səfərdə olduğu və Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşdüyü bir vaxtda yayılması diqqətçəkən məqamdır.

Bundan əvvəl Hindistan Ermənistana haubitsalar da daxil olmaqla, hərbi texnikalar göndərib.