BolgeXeber.Com » Dünya » TIR sərnişin avtobusu ilə toqquşdu: 6 ölü, 43 yaralı

TIR sərnişin avtobusu ilə toqquşdu: 6 ölü, 43 yaralı

2-09-2023, 09:51
Oxunub: 3 224
Türkiyənin Dənizli vilayətinin Honaz rayonunda idarəetməni itirən TIR yolun qarşı tərəfinə keçərək sərnişin avtobusu ilə toqquşub.

Bolgə.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qəza nəticəsində 6 nəfər ölüb, 43 nəfər isə yaralanıb.

Zərbənin gücündən hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.