BolgeXeber.Com » Dünya » Hindistan Günəşə peyk göndərdi

Hindistan Günəşə peyk göndərdi

2-09-2023, 15:20
Oxunub: 3 408
Hindistan Kosmik Tədqiqatlar Mərkəzi (ISRO) Günəşlə Yer arasındakı L-1 Laqranj nöqtəsinə peyk göndərib.

Bolgə.TV xəbər verirki, Mərkəz planlaşdırılan peykin Günəşin ən kənar təbəqəsini və Günəş küləklərini müşahidə etmək üçün uğurla göndərildiyini bildirib.

"Aditya" adlandırılan peyk yerli vaxtla saat 11:50-də Andhra Pradeş əyalətindəki Şriharikota kosmodromundan orbitə buraxılıb.

Qeyd edək ki, bu layihəyə ayrılan büdcənin 46 milyon dollar olduğu bildirilir.