Ermənilərin Yevlaxa gələn nümayəndəsi bu şəxsdir
21-09-2023, 10:59
Oxunub: 560
Xəbər verdiyimiz kimi, Qarabağın erməni icmasının nümayəndələri sentyabrın 21-də Azərbaycan tərəfi ilə Yevlaxda görüş keçirir.
Bolgə.TV xəbər verir ki, Azərbaycan tərəfini deputat Ramin Məmmədov təmsil edəcək.
Ermənistan tərəfini isə erməni icmasının nümayəndələri "dövlət naziri" adlandırdıqları Artur Arutyunyan təmsil edir.
Qeyd edək ki, o, sentyabrın 18-də Samvel Şahramanyan tərəfindən bu "vəzifəyə" gətirilib.