BolgeXeber.Com » Dünya » Vitali Balasanyan Ermənistana qaçıb?

Vitali Balasanyan Ermənistana qaçıb?

5-10-2023, 12:47
Oxunub: 2 552
Qarabağda separatçıların “rəhbərlərindən” olan Vitali Balasanyan Ermənistana qaçıb.

Bolgə.TV Publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“Pastinfo” saytının məlumatına görə, Balasanyan artıq İrəvandadır.

“Onun ürəyində ciddi problem var, hazırda həkim nəzarətindədir, digər təfərrüatlar hələlik məlum deyil”, - sayt yazıb.

Qeyd edək ki, V.Balasanyanın Qarabağdan çıxması ilə bağlı məlumat dəqiq deyil.