BolgeXeber.Com » Dünya » Qəzzada 123 min insan evini tərk etdi

Qəzzada 123 min insan evini tərk etdi

9-10-2023, 13:58
Oxunub: 3 032
Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi səbəbindən 123 mindən çox fələstinli Qəzza zolağında evlərini tərk etmək məcburiyyətində qalıb.

Bolgə.TV xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin yaydığı hesabatda qeyd olunub.

Bildirilib ki, dünən axşam saatlarına olan məlumata görə, 123 538 fələstinli evini tərk edib.

Qeyd edək ki, 7 oktyabrda HƏMAS "İslami-Cihad"la birgə İsrailə qarşı "Əqsa tufanı" əməliyyatına başlayıb. Nəticədə çoxsaylı insan ölüb və yaralanıb.

İsrail ordusu bunu müharibə kimi qəbul edib və əks-hücuma başlayıb.