Türkiyə yeni dəniz dronunu sınaqdan keçirdi
9-10-2023, 15:10
Oxunub: 2 920
Türkiyə “Albatros” pilotsuz dəniz dronunu sınaqdan uğurla keçirib.
Bolgə.TV xəbər verir ki, bu barədə “SavunmaSanayiST.com” X sosial şəbəkə hesabında məlumat yayıb.
“Sınaq zamanı “Albatros” “Roketsan” döyüş başlığı ilə gəmini partladıb. 69 metrlik gəmi bir neçə dəqiqə ərzində batırılıb”, - məlumatda deyilib.
“Albatros”un sınaqlarının Mersində keçirildiyi bildirilib.