BolgeXeber.Com » Dünya » Netanyahunun müşavirinin qohumu girov götürüldü

Netanyahunun müşavirinin qohumu girov götürüldü

13-10-2023, 12:25
Oxunub: 2 128
İsrail Baş naziri Benyamin Netanyahunun müşavirinin yaxın qohumu HƏMAS girovluğundadır.

Bolgə.TV xəbər verir ki, bu barədə Netanyahu özü açıqlamasında deyib.

Baş nazir girov götürülən şəxsin adını açıqlamayıb.

Netanyahu HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumunu yəhudi xalqının tarixində ən qara və Holokostdan bəri ən müdhiş gün adlandırıb.

Baş nazir bu qruplaşmanın bütün üzvlərinin məhv ediləcəyini və HƏMAS-la danışıqların olmayacağını bildirib:

“Bu, evimiz uğrunda müharibədir və HƏMAS-ın məhvi ilə nəticələnməlidir”.