Şimali Kiprdə Azərbaycan Evi açılacaq
14-10-2023, 14:23
Oxunub: 2 848
Bu yaxınlarda Şimali Kiprin Girne şəhərində Azərbaycan Evi açılacaq.
Bolgə.TV xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar oktyabrın 14-də Bakıda keçirdiyi mətbuat konfransında deyib.
"Şimali Kiprdə Ümummili Lider Heydər Əliyevin 100 illiyi münasibətilə tədbirlər keçiriləcək. Dahi liderin həyat yolu və mübarizəsindən bəhs edən toplantılar təşkil olunacaq", - o bildirib.