BolgeXeber.Com » Dünya » Türkiyədə bu vilayətlər üçün XƏBƏRDARLIQ EDİLDİ

Türkiyədə bu vilayətlər üçün XƏBƏRDARLIQ EDİLDİ

20-11-2023, 08:14
Oxunub: 760
Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) bu gün gözlənilən hava şəraiti ilə bağlı 15 vilayətdə narıncı, 16-da isə sarı təhlükə səviyyəsi elan edib.

Bolgə.TV xəbər verir ki, qurum vətəndaşlara sel, subasma, ildırım, torpaq sürüşməsi, dolu, leysan, ağac aşması və s. gözlənilməz hallara qarşı diqqətləri olmalarını tövsiyə edib

Qeyd edək ki, Türkiyə ərazisində hazırda əlverişsiz hava şəraiti hökm sürür.