BolgeXeber.Com » Dünya » Tiflisdə güclü yanğın baş verib

Tiflisdə güclü yanğın baş verib

30-01-2024, 08:13
Oxunub: 1 016
Tiflisdə, “Afrika” adlanan ərazidə plastik məmulatlar istehsal edilən zavodun anbarında güclü yanğın baş verib.

Bolgə.TV Gürcüstan mediasına istinadən xəbər verir ki, yanğının söndürülməsinə onlarla yanğınsöndürən maşın cəlb edilib.
Bildirilib ki, yanğınsöndürənlər yanğını lokallaşdırmağı bacarıb, qonşu binalara, digər müəssisələrə keçməsinin qarşısını alıb.
Yanğının səbəbləri araşdırılır.