BolgeXeber.Com » Dünya » 729-cu gün: Rusiyanın itkiləri açıqlandı

729-cu gün: Rusiyanın itkiləri açıqlandı

22-02-2024, 12:10
Oxunub: 1 088
Ukrayna müharibənin 729-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bolgə.TV xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 407 240 hərbçi, 6 523 ədəd tank, 12 373 ədəd zirehli döyüş maşını, 9 867 ədəd artilleriya sistemi, 997 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 680 hava hücumundan müdafiə sistemi, 339 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 12 924 ədəd avtomobil texnikası, 7 596 ədəd PUA, 1 903 qanadlı raket, 25 gəmi/kater, 1 sualtı qayıq, 1 566 xüsusi avadanlıq itirib.