BolgeXeber.Com » Dünya » İrəvana təzyiqləri görürük: Paşinyandan bunu gözləyirik

İrəvana təzyiqləri görürük: Paşinyandan bunu gözləyirik

23-02-2024, 09:28
Oxunub: 1 232
Rusiya Qərb dövlətlərinin, ABŞ və onun peyklərinin Moskva ilə bağlı regionda geosiyasi problemlərini həll etmək üçün Ermənistana necə təzyiq göstərdiyini başa düşür.

Bolgə.TV xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

O, Rusiya-Ermənistan münasibətlərdəki bəzi tendensiyalardan narahatlığını ifadə edib:

“Müəyyən suallar, müəyyən narahatlıq var, çünki bəzən diversifikasiya kursu istər-istəməz Rusiyadan xeyli dərəcədə uzaqlaşma kimi qəbul edilir”.

Səfir ABŞ administrasiyasının, xüsusən də Dövlət Departamentinin rəsmi nümayəndələrinin son illər və aylarda verdiyi bəyanatları xatırladıb:

“Amerikalılar Ermənistanla münasibətləri açıq şəkildə Rusiya və İranın təsirinə qarşı mübarizə kontekstində qururlar. Ermənistan rəhbərliyindən bu məsələ ilə bağlı heç bir şərh eşitməmişik”.

O, Rusiyanın Ermənistanın siyasi iradə nümayiş etdiriləcəyini gözlədiyini vurğulayıb.