BolgeXeber.Com » Dünya » Türkiyədə də güclü zəlzələ baş verdi

Türkiyədə də güclü zəlzələ baş verdi

4-03-2024, 12:21
Oxunub: 2 448

Türkiyənin Qəhrəmanmaraş vilayətinin Əlbistan rayonunda 4,6 bal gücündə zəlzələ baş verib.


Bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, zəlzələ yerin 7 kilometr dərinliyində qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, bu gün Qazaxıstan-Qırğızıstan sərhədində 5,4 bal gücündə zəlzələ olub.