BolgeXeber.Com » Dünya » Zelenski Əroğanın təklifinə qarşı çıxdı

Zelenski Əroğanın təklifinə qarşı çıxdı

9-03-2024, 08:08
Oxunub: 840
Biz Ukraynanın bərpasını qətiyyətlə dəstəkləyəcəyik.

Bu sözləri Türkiyə Prezidenti Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşündə deyib.
Ərdoğan Ukrayna prezidenti ilə söhbəti zamanı Rusiya-Ukrayna müharibəsi ilə bağlı müşahidə və fikirlərini onunla səmimi şəkildə bölüşdüyünü deyib və Türkiyənin Ukraynanın suverenliyi və ərazi bütövlüyünü, davamlı sülhün bərqərar olmasını dəstəklədiyini vurğulayıb.
Ərdoğan müharibənin “mənfi təsirinin artdığını” bəyan edib və Türkiyənin 2022-ci ilin martında yaratdığı danışıqlar platformasının potensialından istifadə edilməməsindən təəssüfləndiyini bildirib.
“Biz əvvəldən danışıqlar yolu ilə müharibənin dayandırılmasına töhfə vermişik və veririk. Biz Rusiyanın da iştirak edəcəyi sülh sammitinə ev sahibliyi etməyə hazırıq”, - Türkiyə lideri vurğulayıb.
Zelenski isə Rusiyanın sülh sammitində iştirakına qarşı çıxıb:
“Biz hər şeyi bloklayan, məhv edən və öldürən insanların necə dəvət edilə biləcəyini görmürük. Biz nəticə əldə etmək istəyirik: ədalətli sülh və Ukrayna üçün ədalətli. Ona görə də qoy fünyanın sivil ölkələri əvvəlcə müfəssəl plan hazırlasın və nəticəsi olsun, yalnız bundan sonra Rusiyanın nümayəndələrini, məhz ədalətli sülhə hazır olanlar cəlb edilsin”.