BolgeXeber.Com » Dünya » Ukrayna Rusiyanın bu vilayətində də neft emalı zavodunu vurdu

Ukrayna Rusiyanın bu vilayətində də neft emalı zavodunu vurdu

13-03-2024, 11:21
Oxunub: 872

Rusiyanın Ryazan vilayətində neft emalı zavodunda pilotsuz təyyarənin düşməsi nəticəsində yanğın başlayıb.


Bolgə.TV xəbər verir ki, bu barədə TASS-a əməliyyat xidmətlərindəki mənbə bildirib.

“Yanğının ehtimal olunan səbəbi pilotsuz uçan aparatın düşməsidir” deyən agentliyin həmsöhbəti yanğın zamanı tələfat barədə məlumatın olmadığını bildirib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.

“112” Telegram kanalının mənbəyə istinadən verdiyi məlumata görə , dron neft məhsullarının ilkin emalı zavodunu vurub. İlkin məlumata görə, iki nəfər xəsarət alıb. Hələlik yanğınla bağlı rəsmi məlumat yoxdur.

Bir gün əvvəl, martın 12-də Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat Oryolda neft anbarına hücum edib.