BolgeXeber.Com » Dünya » ABŞ Ukraynaya çağırış etdi

ABŞ Ukraynaya çağırış etdi

22-03-2024, 15:56
Oxunub: 896
ABŞ hakimiyyəti Ukraynanı Rusiyanın enerji infrastrukturuna hücumları dayandırmağa çağırıb. Bu barədə “Financial Times” nəşri məlumatlı mənbələrə istinadən xəbər verib.

Nəşrin mənbələrinin sözlərinə görə, Vaşinqton ehtiyat edir ki, Rusiyanın neft emalı zavodlarına pilotsuz uçuş aparatlarının vurduğu zərbələr dünya bazarında neftin qiymətinin artmasına gətirib çıxara, eləcə də Moskvanın cavab tədbirlərinə təhrik edə bilər.
Nəşrin xəbərinə görə, ABŞ administrasiyası bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin yüksək vəzifəli məmurlarına dəfələrlə xəbərdarlıq edib. Hər iki qurum tammiqyaslı müharibə başlayandan bəri Rusiya hədəflərinə quruda, dənizdə və havada zərbələr endirmək üçün öz pilotsuz uçuş aparatları proqramlarını davamlı olaraq genişləndirirlər.
Nəşrin mənbələrindən biri bildirib ki, Ağ Ev Rusiyanın qərbindəki neft emalı zavodlarına, terminallara və anbarlara Ukraynanın dron hücumlarından getdikcə daha çox gərginlik keçirməyə başlayır.
Vaşinqton eyni zamanda Moskvanın davam edən hücumlara mümkün cavabından da narahatdır.
Ağ Ev hesab edir ki, nəticədə Qərbin arxalandığı enerji infrastrukturu, məsələn, Qazaxıstan neftinin nəql olunduğu Xəzər Boru Kəməri Konsorsiumunun kəməri zərər görə bilər