BolgeXeber.Com » Dünya » Türkiyədə dəhşətli qəza: Çox sayda ölən var

Türkiyədə dəhşətli qəza: Çox sayda ölən var

26-03-2024, 16:49
Oxunub: 1 248
Türkiyədə ağır-yol nəqliyyatı hadisəsi baş verib.

Bolgə.TV "TRT Haber"ə istinadən xəbər verir ki, qəza Hatayın Dörtyol rayonunda qeydə alınıb.
Dörtyol-Payas avtomobil yolunda K. Şükrünün idarə etdiyi yük maşını qarşı zolağa keçərək Mehmet Sönmezin idarə etdiyi avtomobilə çırpılıb.
İlkin məlumata görə, baş verən qəzada eyni ailədən 6 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Əraziyə çox sayda sağlamlıq, polis və xilasetmə qrupu cəlb edilib.
Yaralı təcili yardımla Dörtyol Dövlət Xəstəxanasına aparılıb.
TIR sürücüsü K. Şükrü adlı şəxs saxlanılıb.