BolgeXeber.Com » Dünya » Qazaxıstan buna görə xəbərdarlıq etdi

Qazaxıstan buna görə xəbərdarlıq etdi

29-03-2024, 08:23
Oxunub: 824
Qazaxıstan hökuməti vətəndaşlarına qeyri-sabit vəziyyət səbəbindən Ukraynanın Odessa və Xarkov vilayətlərini tərk etməyi tövsiyə edib.

Bolgə.TV xəbər verir ki, bu barədə Qazaxıstanın Ukraynadakı səfirliyinin məlumatında deyilir.
“Ukraynanın Odessa və Xarkov vilayətlərində artan gərginlik və qeyri-sabit təhlükəsizlik vəziyyəti ilə əlaqədar Qazaxıstanın Ukraynadakı səfirliyi Qazaxıstan vətəndaşlarına bu bölgələri tərk etmək barədə düşünməyi tövsiyə edir”, - deyə bildirilir.