BolgeXeber.Com » Dünya » Zelenski dostunu da vəzifəsindən azad etdi

Zelenski dostunu da vəzifəsindən azad etdi

30-03-2024, 15:52
Oxunub: 1 608
Sergey Şefir Ukrayna Prezidenti Volodimir Zelenskinin birinci köməkçisi vəzifəsindən azad edilib.

Bolgə.TV xəbər verir ki, fərman Ukrayna liderinin rəsmi saytında dərc olunub.

“Şefir Sergey Naxmanoviç Ukrayna prezidentinin birinci köməkçisi vəzifəsindən azad edilsin”, - sənəddə deyilir.
Qeyd edək ki, o, 2019-cu ilin mayından Ukrayna prezidentinin köməkçisi vəzifəsində işləyib. Siyasətə gəlməzdən əvvəl Zelenski ilə televiziya layihələrində çalışıb. Şefir “95-ci Kvartal” KVN komandasına əsaslanan “Kvartal-95” studiyasının həmtəsisçisidir.