BolgeXeber.Com » Dünya » Tayvandakı zəlzələdə ölənlərin sayı 7-yə çatdı

Tayvandakı zəlzələdə ölənlərin sayı 7-yə çatdı

3-04-2024, 12:26
Oxunub: 944
Tayvandakı zəlzələdə ölənlərin sayı 7-yə çatıb.

Bolgə.TV-nin TASS-a istinadən verdiyi məlumata görə, yeraltı təkanlar nəticəsində xəsarət alanların sayı 736-ya çatıb.
Xatırladaq ki, bu gecə Tayvanda 7,7 bal gücündə zəlzələ olub. Zəlzələ Çinin şərqində də hiss olunub.
Zəlzələ Pekin vaxtı ilə saat 07:58-də (Bakı vaxtı ilə 03:58) baş verib.
Bildirilir ki, bu, son 25 ildə Tayvanda baş verən ən güclü zəlzələdir. Baş verən 7,7 maqnitudalı zəlzələdən sonra ən azı 58 yeraltı təkan qeydə alınıb.