BolgeXeber.Com » Dünya » Qazaxıstandan maraqlı qərar- İMTİNA ETDİ

Qazaxıstandan maraqlı qərar- İMTİNA ETDİ

3-04-2024, 13:15
Oxunub: 1 152
Qazaxıstan Müdafiə Nazirliyi xərclərə qənaət və digər tapşırıqlar səbəbindən 2024-cü ildə 7 Mayda qeyd olunan Vətən Müdafiəçisi Günü və 9 May Qələbə Gününə həsr olunmuş hərbi parad keçirməyi planlaşdırmır.

Bolgə.TV xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“2024-cü ildə Qazaxıstanda hərbi paradın keçirilməsi büdcə vəsaitlərinə qənaət məqsədilə, eləcə də digər problemlərin həlli zərurəti ilə bağlı nəzərdə tutulmayıb. Xüsusilə, Qazaxıstan Silahlı Qüvvələrinin bölmələrinin döyüş hazırlığının və mobilliyinin lazımi səviyyədə saxlanılması prioritetdir”, - məlumatda deyilir.

Qeyd edək ki, 2022 və 2023-cü illərdə də Qazaxıstanda xərclərə qənaət və digər tapşırıqlar səbəbindən Vətənin Müdafiəçisi Günü və Qələbə Günü şərəfinə hərbi parad keçirilməyib.