BolgeXeber.Com » Dünya » İranda silahlı qarşıdurma: Ölənlər var

İranda silahlı qarşıdurma: Ölənlər var

6-04-2024, 15:28
Oxunub: 1 968
İranın Zahidan şəhərinin Sərcəngəl polis bölməsinə silahlı hücum olub.

Bolgə.TV xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Bildirilib ki, naməlum şəxslərin açdığı atəş nəticəsində təhlükəsizlik orqanının 3 əməkdaşı öldürülüb.
Qeyd edək ki, İranın rəsmi dövlət mediası silahlı hücumla bağlı məlumat yaymayıb.