BolgeXeber.Com » Dünya » Nazirdən kanat yolunda baş verən qəza ilə bağlı AÇIQLAMA

Nazirdən kanat yolunda baş verən qəza ilə bağlı AÇIQLAMA

13-04-2024, 11:00
Oxunub: 816
Türkiyənin Antalya vilayətində kanat yolunda qalmış insanların xilas edilməsi əməliyyatı davam etdirilir.

Bolgə.TV xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir bildirib ki, strukturun dayaqlarından birinin uçması nəticəsində kanatda qalmış 184 nəfərdən 98-ni xilas etmək mümkün olub.
Xilasetmə əməliyyatlarına 7 helikopter və 542 xilasedici cəlb olunub.
Xatırladaq ki, qəza nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.