BolgeXeber.Com » Dünya » İran Hörmüz boğazında israilli milyarderə məxsus gəmini ələ keçirib

İran Hörmüz boğazında israilli milyarderə məxsus gəmini ələ keçirib

13-04-2024, 15:29
Oxunub: 1 744
İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) cənubda Hörmüz boğazı yaxınlığında “MCS Aries” adlı konteyner gəmisini ələ keçirib.

Bolgə.TV xarici KİV-ə istinadən xəbər verir ki, həmi hazırda İran sularına doğru hərəkət edir.
Qeyd olunub ki, Portuqaliya bayrağı altında üzən gəmi israilli investor Eyal Oferə məxsus Zodiac şirkəti tərəfindən idarə olunurmuş.