BolgeXeber.Com » Dünya » Ərəbistanlı gözəlin yalanı üzə çıxdı

Ərəbistanlı gözəlin yalanı üzə çıxdı

13-04-2024, 17:18
Oxunub: 1 544
Səudiyyə Ərəbistanından olan model Rumi Əl-Qahtani Malayziyadakı yarışmadan sonra Kainat gözəli olmaq üçün yarışacağını açıqlayıb.

Daha sonra məşhur modelin dediklərinin həqiqətə uyğun olmadığı məlum olub.
Belə ki, Səudiyyə Ərəbistanından olan model Rumi Əl-Qahtani bu il ilk dəfə "Miss & Mrs Global Asia" gözəllik yarışmasında ölkəsini təmsil edib.
Səudiyyə Ərəbistanı tarixində ilk dəfə gözəllik yarışmasına qatılan Əl-Qahtani sosial şəbəkədəki paylaşımında “Malayziyada keçirilən “Miss Asia International 2024” müsabiqəsində iştirak etməkdən şərəf duyuram” sözlərini yazıb.
Müsabiqədə yer ala bilməyən model daha sonra sentyabrın 28-də Meksikada keçiriləcək "Kainat gözəli"nə qatılacağını "Kainat gözəli 2024 yarışmasında iştirak etməkdən şərəf duyuram. Bu Səudiyyə Ərəbistanının ilk dəfə Kainat Gözəli Müsabiqəsində iştirak edəcəyi deməkdir”, - sözləri ilə açıqlamışdı.
Lakin bu açıqlamadan qısa müddət sonra Miss Universe rəhbərliyi model Rumi Əl-Qahtaninin iddiasının doğru olmadığını bildirib.
“CNN International”da yer alan xəbərə görə, Səudiyyə Ərəbistanında müsabiqədə iştirak üçün heç bir seçim proses aparılmayəb və bu kimi iddialar çaşdırıcı xarakterlidir.
"Miss Rumy əl-Qahtani-nin niyə namizədliyini elan etdiyini bilmirik, lakin o, Səudiyyə Ərəbistanı müsabiqəsində iştirak etmək istəsə, bütün digər namizədlərlə eyni seçim prosesindən keçməli olacaq", - Miss Universe sözçüsü deyib.