BolgeXeber.Com » Dünya » Zəlzələnin viran qoyduğu Kahramanmaraş və Malatyada bərpa işləri yekunlaşır

Zəlzələnin viran qoyduğu Kahramanmaraş və Malatyada bərpa işləri yekunlaşır

22-04-2024, 15:56
Oxunub: 608
Mərkəzi Kahramanmaraşda olan zəlzələlərdən sonra inşa edilən yaşayış evləri sürətlə tamamlanır.

Bolgə.TV Türkiyə mediasına istinadən xəbər verir ki, tunel qəlib sistemi ilə inşa edilən, maksimum 5 mərtəbəli və üfüqi arxitekturaya əsaslanan yaşayış evlərinin bəziləri tamamlanaraq qanuni sahiblərinə təhvil verildiyi halda, tikilməkdə olanların tamamlanması istiqamətində işlər fasiləsiz davam etdirilir.
Kahramanmaraşda 15 min 980, Malatyada isə 7 min 881 ev zəzərçəkənlərin ixtiyarına verilib.
Digər tərəfdən, İkizce, Çamurlu və Gelinciktəpə bölgələrində mənzil tikintisi işləri davam edir.
Xatırladaq ki, 6 fevral 2023-cü ildə Kahramanmaraşda baş verən ardıcıl iki zəlzələ 11 vilayətdə böyük dağıntılara səbəb oldu. 50 mindən çox insanın həyatını itirdiyi zəlzələlərin ardından11 vilayətdə mənzil tikintisinə başlanılıb.