Prezident oğlunu Gömrük rəhbəri təyin edib
30-11-2013, 14:40
Oxunub: 5 097
Tacikistan prezidenti Emoməli Rəhmon böyük oğlunu Milli Gömrük Xidmətinin rəhbəri təyin edib
Bolgexeber.com verir ki, 25 yaşlı Rüstəm Emoməli əvvəllər xidmətin sədr müavini vəzifəsində çalışıb və Qaçaqmalçılıqla mübarizə departamentinə başçılıq edib. Bundan əvvəl isə İnvestisiyalar və Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin Kiçik və orta sahibkarlığın dəstəklənməsi idarəsinin rəhbəri olub.
Rüstəm Emoməli 2012-ci ilin yanvarından Tacikistan Futbol Federasiyasına başçılıq edir. Bir zamanlar Düşənbənin “İstiqlal” komandasında futbolçu kimi də çıxış edib.
Qeyd edək ki, Tacikistan prezidentinin 9 övladı var. o, 2010-cu ildə qızı Ozoda Rəhmonu xarici işlər nazirinin müavini təyin edib. Digər qızı Zarina Rəhmon dövlət televiziyasında diktor vəzifəsində çalışır. Kiçik oğlu Somon Emoməli 2012-ci ildə Buxarestdə keçirilən informasiya texnologiyaları üzrə olimpiadada “ən yaxşı layihə müəllifi” mükafatına layiq görülüb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər