BolgeXeber.Com » Dünya » Rəisinin helikopter qəzası: sirləri açan film çəkildi

Rəisinin helikopter qəzası: sirləri açan film çəkildi

12-07-2024, 14:51
Oxunub: 2 856
İran Prezidenti İbrahim Rəisinin həlak olduğu helikopter qəzasından bəhs edən “Dumanda uçuş" sənədli filmi çəkilib.

Bolgə.TV xəbər verir ki, bu barədə İranın mədəniyyət və irşad naziri Məhəmməd İslami X hesabında yazıb.
Nazir bildirib ki, “Dumanda uçuş” sənədli filmi 19 may faciəli hadisə haqdadır və tezliklə yayılacaq bu sənədli filmdə o acı gecənin bilinməyən tərəflərinə işıq tutulacaq.