BolgeXeber.Com » Dünya » Gürcüstan-Azərbaycan sərhədində zəlzələ oldu

Gürcüstan-Azərbaycan sərhədində zəlzələ oldu

17-07-2024, 09:15
Oxunub: 2 704
Gürcüstan-Azərbaycan sərhədində 4.8 maqnitudada zəlzələ olub.

Bolgə.TV xəbər verir ki, bu barədə AMEA-nın nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar Zaqatala stansiyasından 61 km cənub-qərbdə Gürcüstan ərazisində qeydə alınıb.
Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.