Zelenski Trampla danışdı
20-07-2024, 10:18
Oxunub: 2 392
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ prezidentliyinə namizəd Donald Trampla telefon danışığı aparıb.
Bolgə.TV xəbər verir ki, bu barədə Zelenski Teleqram kanalında yazıb.
O bildirib ki, Tramp Ukrayna münaqişəsinin həlli yollarını müzakirə etmək üçün onunla şəxsən görüşməyə razılaşıb.
Zelenski həmçinin Trampı Respublikaçılar Partiyasından prezidentliyə vahid namizəd olması münasibətilə təbrik edib və ona qarşı sui-qəsdi pisləyib.