BolgeXeber.Com » Dünya » Türkiyədə ağır yol qəzası olub

Türkiyədə ağır yol qəzası olub

26-07-2024, 16:28
Oxunub: 2 304
Türkiyədə dəhşətli yol qəzası baş verib.

Bolgə.TV Türkiyə KİV-ə istinadən xəbər verir ki, Anadolu avtoyolunun Sakarya hissəsində minik avtomobil ilə avtobus toqquşub.
Qəza nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.
Hadisə yerinə polis və təcili yardım çağırılıb. Yaralılara edilən ilkn tibbi yardım zamanı sürüclərdən birinin həyat yoldaşı və qızının dünyasını dəyişdiyi məlum olub.
Digər nəqliyyat vasitəsindəki 60 yaşlı Mustafa Çatak isə yerləşdirildiyi xəstəxanada vəfat edib.
Qəza nəticəsində böyük tıxac yaranıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.