Türkiyədə yenidən zəlzələ oldu
7-08-2024, 14:22
Oxunub: 2 264
Türkiyənin Malatya vilayətində yenidən zəlzələ olub.
Bolgə.TV xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Darende rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.