Yaponiyada 7,1 bal gücündə zəlzələ olub
8-08-2024, 12:29
Oxunub: 1 880
Yaponiyanın cənubunda 7,1 bal gücündə zəlzələ baş verib.
Bolgə.TV xarici mətbuata istinadən xəbər verir ki, zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
Məlumata görə, dalğanın hündürlüyü bir metrə çata bilər. Zəlzələdən sonra Kyuşu adasında sürət qatarlarının hərəkəti dayandırılıb. Sunami dalğalarının ilk olaraq Miyazaki əyalətinə çatdığı bildirilib.