Türkiyədə yanğına səbəb olan ata və oğul saxlanıldı
21-08-2024, 17:56
Oxunub: 3 488
Avqustun 17-də Türkiyənin Muğla vilayətinin Yatağan rayonunda meşəlik ərazidə yanğın baş verib.
Bolgə.TV xəbər verir ki, yanğına Muğla Meşə Regional İdarəsinə aid 1 təyyarə və 5 helikopterlə havadan, 23 çiləyici və 135 canlı qüvvə ilə qurudan müdaxilə edilib.
Məlumata görə, yanğını törətməkdə təqsirli bilinən Mehmet Şahin və oğlu İlhan Şahin saxlanılıb. Onların arılara körük ilə tüstü verərək yanğına səbəb olduğu müəyyən edilib. İki şübhəli saxlanılaraq həbs edilib.

Mehmet Şahin ifadəsində bütün iddiaları təkzib edib:
“3 ilə yaxındır Yava rayonunda arıçılıqla məşğuluq. Arılara şərbət vermək və buxur yandıraraq onlara qulluq etmək üçün əraziyə getdik. İşimiz bitdikdən sonra su ilə buxuru söndürdük. Buxur soyuduqdan sonra onu pətəklərin arxasına qoyub öz avtomobilimlə sahəni tərk etdik.
Aydın-Muğla yoluna çatanda avtomobilin təkəri partladığı üçün dayanmalı olduq. Təkərləri dəyişdirərkən pətəklərin olduğu yerdə tüstü gördük. Yenidən əraziyə qayıtdıq və tüstünü söndürdük. Yanğının bizdən qaynaqlandığını düşünmürəm. İrəli sürülən ittihamları qəbul etmirəm”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər