BolgeXeber.Com » Dünya » Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

27-08-2024, 16:59
Oxunub: 1 384
Türkiyənin Muğla vilayətində yenidən zəlzələ qeydə alınıb.
 
Bolgə.TV xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.
 
Bildirilib ki, vilayətin Datça rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3 ballıq maqnituda ilə qiymətləndirilib.
 
Ocağı yerin 7.1 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.