İstanbulda metrobus qəzası, 10 yaralı var
29-08-2024, 11:41
Oxunub: 2 456
Türkiyənin İstanbul şəhərində metrobus qəzası baş verib.
Bolgə.TV xəbər verir ki, 3-ü ağır olmaqla 10 nəfərin yaralandığı bildirilir. Qəza səbəbiylə metrobusun hərəkəti dayandırılıb və yardım qruplarının müdaxiləsi davam edir.
Qəza naməlum səbəbdən baş verib. Hadisə yerinə polis, xilasetmə və tibb qrupları göndərilib.