BolgeXeber.Com » Dünya » İranın hücumundan sonra neftimiz BAHALAŞDI

İranın hücumundan sonra neftimiz BAHALAŞDI

2-10-2024, 12:26
Oxunub: 1 944
İranın İsrailə raket hücumundan sonra Azərbaycan neftinin qiymətində ciddi artım müşahidə edilib.
 
BolgəTV-nin məlumatına görə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,5 dollar və ya 3,32 faiz artaraq 77,69 dollar olub.
 
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
 
Xatırladaq ki, İran oktyabrın 1-i axşam saatlarında İsrailə hücum edib. Ümumilikdə, İsrail ərazisinə 180-dən çox raket atılıb. Mətbuatda 500-dən çox raket atıldığı bildirilir. Hücum nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
 
İsrail Baş naziri Benyahim Netanyahu İrana cavab veriləcəyini bildirib.