Çeçenistanda güclü partlayış baş verib
12-10-2024, 17:48
Oxunub: 2 256
Rusiyanın Çeçenistan Respublikasının paytaxtı Qroznıda yanacaqdoldurma məntəqəsində baş verən güclü yanğın artıq söndürülüb.
Bolgə.TV-nin xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, yanğın artıq tam söndürülüb. Hazırda dağıntılar təmizlənir, soyutma işləri aparılır.
Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı videoda Qroznıdakı yanacaqdoldurma məntəqəsinin tamamilə dağıldığı əks olunub