İsraildən QORXUNC AÇIQLAMA- Dəqiq olacaq
15-10-2024, 17:12
Oxunub: 1 512
"İranın 1 oktyabr raket hücumuna cavab tezliklə veriləcək.
Bolgə.TV xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.
Onun sözlərinə görə, İsrailin İranın hücumuna cavabı çevik və dəqiq olacaq.
Bundan əvvəl "Kan" telekanalı İsrailin baş naziri Benyamin Netanyahu və hərbi idarənin rəhbəri Yoav Qalantın İrana hücum metodu və vaxtı barədə razılığa gəldiyini və Nazirlər Kabinetinin təsdiqini gözlədiklərini bildirmişdi
Xatırladaq ki, oktyabrın 1-də İran tarixdə ikinci dəfə İsrailə ballistik raketlərlə hücum edib. Ümumilikdə 180-ə yaxını raket buraxılıb. İsrail onların əksəriyyətinin ələ keçirilməsinə nail olunub.
Hücumun səbəbi Fələstinin HƏMAS və Livanın "Hizbullah" hərəkatının liderlərinin və hədəflərinin İsrail tərəfindən məhv edilməsi olub.