Rusiyada güclü partlayış oldu- ÖLƏNLƏR VAR
19-10-2024, 16:58
Oxunub: 1 872
Rusiyanın Tambov vilayətinin Kirsanov şəhərində yaşayış binasında qaz partlayışı olub.
Boıgə.TV xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Partlayış nəticəsində 4 nəfər ölüb, 9 sakin isə yaralanıb.
Qeyd edək ki, bu gün saat 05:00 radələrində (Bakı vaxtı ilə təxminən 06:00) Kirsanovun çoxmərtəbəli yaşayış binasında yanğınla müşayiət olunan məişət qazının partlayışı baş verib.
Şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq edilib.