BolgeXeber.Com » Dünya » Hava çirkliliyinə görə ölənlərin sayı artdı

Hava çirkliliyinə görə ölənlərin sayı artdı

14-11-2024, 16:54
Oxunub: 2 056
2023-cü ildə İranda hava çirkliliyi səbəbindən 30 min 690 nəfər həyatını itirib.

Bolgə.TV xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Abbas Şahsevəni deyib.
Onun sözlərinə görə, 2022-ci ildə eyni səbəbdən ölənlərin sayı 26 min nəfər olub.
“Bir il ərzində hava çirkliliyindən ölənlərin sayının artması problemin həll olunmadığını göstərir”, - Şahsevəni bildirib.